Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rayon və şəhərlərrası yollara qoyulan QADAĞA LƏĞV EDİLDİ

Rayon və şəhərlərrası yollara qoyulan QADAĞA LƏĞV EDİLDİ

Bu gündən etibarən Bakı da daxil olmaqla, bir sıra şəhər və rayonlara gediş-gəlişlə bağlı qoyulan məhdudiyyət aradan götürülüb.

SHOWNEWS.AZ xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yanvarın 16-da qərar qəbul edib.

Qərara əsasən, yanvarın 25-dən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinə və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonlarına giriş-çıxış bərpa olunur. Bununla əlaqədar rayon və şəhərlərarası gediş-gəlişə nəzarət edən postlar ləğv edilir.