Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Beş il övlad həsrəti çəkən ŞƏHİDİMİZİN QIZI OLDU

Beş il övlad həsrəti çəkən ŞƏHİDİMİZİN QIZI OLDU

Daha bir şəhidin övladı dünyaya gəlib. SHOWNEWS.AZ Oxu.az-a istinadən xəbər verir ki,  beş il övlad həsrəti çəkən və Vətən müharibəsində şəhid olmuş baş leytenant Ağaqardaş Abbasovun qız övladı doğulub.

O, şəhidlik zirvəsinə ucalmadan əvvəl doğulacaq körpəsinə İlknur adını qoyubmuş. 

Qeyd edək ki, A.Abbasov ötən ilin sentyabrın 28-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək, şəhid olub. Doğulduğu Zərdab rayonunda dəfn edilib.

Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Ağaqardaş Abbasov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.