Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda bağçalara uşaq qəbulu DAYANDIRILDI

Bakıda bağçalara uşaq qəbulu DAYANDIRILDI

Məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) uşaq qəbulu müvəqqəti dayandırılıb.  

SHOWNEWS.AZ APA-ya istinadən xəbər verir ki, bağça rəhbərləri və müəllimlərin vaksinasiyası başa çatana qədər məktəbəqədər təhsil müəssisələrində yeni uşaqlar qəbul edilməyəcək. Daha sonra epidemioloji vəziyyətdən asılı olaraq məsələyə baxılacaq. Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən faktı APA-ya təsdiqləyiblər.  

Xatırladaq ki, uşaq bağçaları fevralın 15-dən fəaliyyətini bərpa edib.