Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Şəhid Elşadın ikinci övladı dünyaya gəldi

Şəhid Elşadın ikinci övladı dünyaya gəldi

Tovuz döyüşlərində şəhid olan Məmmədov Elşad Dönməz oğlunun ikinci övladı dünyaya gəlib.

Yaxınlarının "Qafqazinfo"ya verdiyi məlumata görə, yeni doğulan körpəyə Elşad adı verilib.

Qeyd edək ki, Elşad Məmmədov Tovuzun Ağdam kəndindədir. O, iyulun 12-də cəbhənin Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 1996-cı il təvəllüdlü Baş əsgər şəhid olarkən ilk övladı Məhəmməd 7 aylıq idi.

Xatırladaq ki, Elşad Məmmədovun xalası oğlu, 1985-ci ildə Tovuzun Ağdam kəndində anadan olan MAXE Elbrus Yusifov da Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.