Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bu gün Azərbaycanda OD ÇƏRŞƏNBƏSİDİR

Bu  gün  Azərbaycanda OD ÇƏRŞƏNBƏSİDİR

Bu gün Azərbaycanda od çərşənbəsi qeyd olunur.

SHOWNEWS.AZ xəbər verir ki, od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.

Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı", "Addı çərşənbə" də deyirlər.

 

Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanırlar. Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.

Qeyd edək ki, növbəti Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.