Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Anar Məmmədxanovun ölümündən 7 il ötür FOTOLAR

Anar Məmmədxanovun ölümündən 7 il ötür FOTOLAR

Milli Məclisin keçmiş deputatı, "Bakılı Oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun anım günüdür. Anar Məmmədxanov 2011-ci ildə qəflətən ürək tutmasından vəfat edib. 
 

 

SHOWNEWS.AZ saytı Axşam.az-a istinadən məlumatına görə, Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirən A. Məmmədxanov 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı seçilib. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Üç övladı var.

Allah rəhmət eləsin!