Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Instagram"dan möhtəşəm yenilik gəldi

"Instagram"dan möhtəşəm yenilik gəldi

İnstaqram sosial şəbəkəsindəki “Hekayələr” bölməsində indi yuxarıdan sağ küncdə yerləşən xüsusi düymənin üzərinə sıxmaqla bölmədə qalereyaları dərc etmək olar.

SHOWNEWS.AZ ICTnews-a istinadən xəbər verir ki, funksiya 10-dək material dərc etməyə imkan verir.

İndiyədək sözügedən xidmət bir şəkil və ya video seçməyə və onları ayrı-ayrılıqda dərc etməyə imkan verirdi. İndi isə istifadəçilərin ixtiyarına daha sürətli və rahat üsul verilib. İstifadəçi materialların göstərilmə ardıcıllığını seçə, həmçinin hər birinə stiker və gif əlavə edə biləcək.

Hələ ki yeni funksiya yalnız “Android” istifadəçiləri üçün əlçatandır. Proqramçılar söz veriblər ki, yaxın iki həftədə digər platformaların istifadəçiləri də yeni funksiyadan yararlana biləcək.