Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Nazir ənənəvi təhsilə keçidin tarixini AÇIQLADI

Nazir ənənəvi təhsilə keçidin tarixini AÇIQLADI

Ən qısa müddət ərzində ölkə üzrə ənənəvi təhsilin yenidən bərpa olunmasına nail olmaq istəyirik.

SHOWNEWS.AZ-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, qısamüddətli dövr üçün təhsilin distant formaya keçirilməsi sağlamlığımız və təhsilin keyfiyyəti üçün ən düzgün qərar idi:

 

“Yaxın zamanda biz də ənənəvi təhsil sisteminə keçməyin tərəfdarıyıq, lakin sonda prioritet olan məsələ yenə də insanların sağlamlığıdır. Ortamüddətli perspektiv üçün isə biz tamamilə ənənəvi qaydada təhsil prosesinə qayıtmağı hədəfləyirik. Bu isə növbəti təhsil ilinin başlaması ilə artıq mümkün ola bilər”.

Nazir qeyd edib ki, 2021-2022-ci tədris ilində tamamilə ənənəvi təhsilə keçid etməyi ümid edirik və cəmiyyət bu məsələdə yalnız vaksinasiyadan keçməklə təhsildə normallaşmaya dəstək ola bilər.