Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ruzini artırmağın əsas yolları - 10 QIZIL QAYDA

Ruzini artırmağın əsas yolları - 10 QIZIL QAYDA

1. Camaata ehsan etmək.

Peyğəmbər (s) buyurmuşdur: "Camaata yemək ehsanı verən şəxsin ruzisi, bıçağın dəvənin belinə batmasından daha tez gələr”. 

2. Həmişə təharətli olmaq.

Peyğəmbər (s) ruzi bolluğu istəyən şəxsə buyurdu: "Həmişə təharətli ol, ruzin artar”. 

3. Sədəqə və zəkat vermək.

Peyğəmbər (s): buyurmuşdur: "Çoxlu sədəqə verin ki, Allah sizə ruzi yetirsin”.

İmam Əli (ə) buyurmuşdur: "Sədəqə verməklə ruzini (yerə) endirin”. 

İmam Baqir (ə) buyurmuşdur: "Zəkat vermək ruzini artırar”. 

4. Başqalarına maddi kömək etmək.

İmam Əli (ə) buyurmuşdur: "Din qardaşına maddi kömək etmək ruzini artırar”. 

5. Əmanətdar olmaq.

İmam Əli (ə) buyurmuşdur: "Əmanətə sadiq qalmaq ruzini artırar”. 

6. Xoş niyyətli olmaq.

İmam Əli (ə): buyurmuşdur: "Xoş niyyətli olanın, ruzisi çox olar”. 

7. Din qardaşına dua etmək.

İmam Baqir (ə) buyurmuşdur: "Həmişə din qardaşına dua et ki, bu əməl ruzini sənə tərəf yönəldər”. 

8. Ailədə mehriban olmaq.

İmam Sadiq (ə) buyurmuşdur: "Ailəsi ilə mehriban davrananın ruzisi artar”.

9. Yaxşı işlər etmək.

İmam Sadiq (ə) buyurmuşdur: "Yaxşı işlər görmək ruzini artırar”. 

10. Gözəl əxlaqlı olmaq.

İmam Sadiq (ə): "Gözəl əxlaq ruzini artırar”.