Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

1 həftədir itkin düşən Cəmilə TÜRKİYƏDƏ İMİŞ

1 həftədir itkin düşən Cəmilə TÜRKİYƏDƏ İMİŞ

Bir həftə əvvəl Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı evdən çıxaraq itkin düşən 30 yaşlı Cəmilə Əliyevanın yeri müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən SHOWNEWS.AZ-a  verilən məlumata görə, C.Əliyevanın itkin düşməsi ilə bağlı yaxınlarının müraciəti əsasında araşdırma aparılıb.

Araşdırma nəticəsində məlum olub ki, Əliyeva Cəmilə Tehran qızı aprelin 1-də ölkə hüdudlarını tərk edərək Türkiyəyə gedib.

 

Qeyd edək ki, C.Əliyevanın bacısı Elnarə Arı bacısının "Məni axtarmayın" qeydinin ona məxsus olmadığını iddia etmişdi.