Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Açıq havada toylara icazə verilə bilər - RƏSMİ

Açıq havada toylara icazə verilə bilər - RƏSMİ

"Toy mərasimlərinin yay mövsümündə təşkilinə icazə verilə bilər".

SHOWNEWS.AZ  "Xəzərxəbər"ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyəsinin komitəsinin üzvü, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov deyib.

 

Onun sözlərinə görə, yay aylarında açıq havada və bəlli bir say məhdudiyyəti qoymaqla toylar təşkil edilə bilər. Həmçinin 500-600 nəfərlik tutumu olan şadlıq evlərində 100-150 nəfərlə və məsafə saxlamaqla toy mərasimlərinin keçirilməsi qərarı verilə bilər.

Millət vəkili onu da qeyd edib ki, birinci gündən etibarən ölkəmizin koronovirusla apardığı mübarizə dünya ölkələrinə nümunə olmalıdır və bu mübarizə gec-tez öz müsbət təsirini göstərməlidir.

Qeyd edək ki, ölkədə bir çox cütlük rəsmi nikah bağlasa da, toy mərasimlərinin keçirilməsi üçün pandemiyanın bitməyini ya da müvafiq qərarın verilməsini səbirsizliklə gözləyir.