Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Direktordan qəribə açıqlama: “Pamperslərin ölçüsü dəyişdirilməyə aparılırdı" - VİDEO

Direktordan qəribə açıqlama: “Pamperslərin ölçüsü dəyişdirilməyə aparılırdı" - VİDEO

Bakıda 1 saylı körpələr evi ilə bağlı sosial şəbəkədə qalmaqallı video görüntülər yayılıb.

Videonu çəkən şəxs iddia edir ki, avtomobilə yüklənib daşınanlar uşaqlar üçün gətirilən ərzaq məhsulu və geyim əşyalarıdır. Sosial şəbəkələrdə ciddi rezonansa səbəb olan məsələ ilə bağlı ''Xəzər Xəbər''ə sözügedən körpələr evinin baş həkimi münasibət bildirib.   Bağlamalarda naməlum əşyalar daşınaraq avtomobilə yüklənir.  

Görüntülər Bakıda Nəsimi rayonu ərazisində Bakı Şəhər Baş Səhiyyə İdarəsinə məxsus 1 saylı körpələr evinin qarşısında çəkilib.   Həvəskar çəkilişi ərazidə yaşayan vətəndaşlardan biri çəkərək sosial şəbəkələrdə paylaşıb. Həmin şəxs iddia edir ki, valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları, geyimlər və bezlər avtomobilə yüklənərək başqa yerə aparılır.   Hətta həmin şəxs bu cür hallara bir neçə dəfə şahid olduğunu da bildirir.   Sosial şəbəkələrdə ciddi rezonansa səbəb olan məsələ ilə bağlı biz də 1 saylı körpələr evinə yollandıq. Müəssisənin baş həkimi Nəhayət Əliyeva ''Xəzər Xəbər''ə bildirdi ki, həmin video 1 saylı körpələr evinin qarşısında çəkilib. O bildirib ki, avtomobillə daşınan ərzaq məhsulları yox, yataq dəstləri və dəsmallardır.   Nəhayət Əliyevanın sözlərinə görə, körpələrə aid ərzaqların daşınmasını iddia etmək böyük cinayət olmaqla yanaşı, həm də günahdır. Bu səbəbdən uşaqlara məxsus ərzaqların və digər məhsulların mənimsənilməsindən söhbət gedə bilməz. Təzə uşaq bezlərinin də daşınaraq avtomobillə aparılmasını isə baş həkim belə izah etdi.  

Qeyd edək ki, məsələ Səhiyya Nazirliyi tərəfindən də araşdırılır.