Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Həcc ziyarətinə gedənlərin sayı 1 milyona çatır

Həcc ziyarətinə gedənlərin sayı 1 milyona çatır Bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gələn zəvvarların sayı 978 min 159 nəfərə çatıb. SHOWNEWS.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Baş Pasport İdarəsi məlumat açıqlayıb. Məlumata görə, zəvvarların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 61 min 500 nəfər, yəni 7 faiz artıb. İdarədən bildiriblər ki, zəvvarların 928 min 43 nəfəri təyyarə, 40 min 734 nəfəri yerüstü nəqliyyat, 9382 nəfəri isə gəmi ilə gəlib.