Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Məşhur xanımları 8 mart günü KİTAB BİRLƏŞDİRDİ FOTOLAR

Məşhur xanımları 8 mart günü KİTAB BİRLƏŞDİRDİ FOTOLAR

Cəmiyyətdə uğurlu xanım obrazı daha çox təhsillə və kitablarla assosiasiya olunur. Bunu əsas götürən “TEAS Press” Nəşriyyat Evi ölkənin ən tanınmış xanımlarından 8 nəfərini bir araya gətirərək onları “Hər bir uğurlu xanımın arxasında oxuduğu kitablar dayanır” adlı sosial layihədə birləşdirmək qərarına gəlib. Müxtəlif peşə sahibləri olan xanımlar nə qədər professional olsalar da kitab oxumağı həmişə ən vacib məsələ sayıblar.

SHOWNEWS.AZ-ın məlumatına görə, layihədə aparıcı Nərgiz Cəlilova, müğənni Tünzalə Ağayeva, şairə Zəhra Bədəlbəyli, rəssam Afa Məryəm, aktrisa Mehriban Zəki, yoqa üzrə mütəxəssis İradə Əsədullayeva, ixtiraçı Reyhan Camalova və bu il ölkəmizi “Eurovision” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək Aysel Məmmədova kimi tanınmış şəxslər iştirak ediblər.