Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

Məhərrəmilikdə konsert vermək olar?" - Hacı Surxay cavabladı

Məhərrəmilikdə konsert vermək olar?" - Hacı Surxay cavabladı Sentyabrın 11-dən etibarən İslam dinində mühüm aylardan biri olan Məhərrəmlik başlayıb. SHOWNEWS.AZ Baku.ws-ə istinadla xəbər verir ki, bəzi şəxslər bu ayda konsert tədbirləri, şənliklər və toy mərasimləri edirlər. Sosial şəbəkələrdə həmin şəxslər söyülür, təhqir olunur və şəxsiyyəti alçaldılır. Bəs dini xadimlər necə düşünür? Bu ayda şadlanmaq, kef məclisləri təşkil etmək olarmı? Azərbaycanlı ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli BAKU.WS-ə açıqlamasında bildirib ki, birmənalı olaraq Məhərrəm ayı İslam dinində haram aydır. “Dahi Füzuli də yazıb ki, “Məhərrəm ayı başladı, məsərrət (şənlik, bayram) haramdır”. Yəni bu aylarda sevinmələr haramdır. Şəxsi fikirlərimi belə bildirmək istəyirəm: Yaxınım, əzizim rəhmətə gedirsə, həmin vaxt mən toy və şənlik etmərəm. Məsələn, bir neçə il əvvəl valideynim rəhmətə getdi, həmin vaxt toyumuz vardı. Həmin dövrdə toy etmədik. Biz də ədalət yolunda şəhid olan İmamın hörmətini tuturuq. Buna görə də, həmin ayda toy etmək olmaz”, - deyə ilahiyyatçı bildirib. “Məhərrəm ayında konsert etmək olarmı?” sualına isə Hacı Surxay belə cavab verib: “Bu barədə nəsə demək istəməzdim. Çünki əvvəlcədən də bunun cavabını verdim. İndi kim konsert edirsə və konsertə gedirsə, bu onun öz işidir. Konsert edənlər və konsertə gedənlərin söyülməsinə gəlincə, bildirmək istəyirəm ki, şəriət baxımından da söyüş söyməyə yol verilmir. Söyüş söymək, kimlərisə təhqir edilmək bəyənilmir və bizim dini dəyərlərimizə ziddir. Ümumiyyətlə heç bir dində kiminsə şəxsiyyətini alçaltmaq, onu söymək qəbul olunmur. Əgər bir şəxs konsert verirsə, bu onun şəxsi işidir. Onu da dəstəkləyənlər var. Onun da sevənləri var. Ona deyə bilmərik ki, konsert etmə”.