Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Polis əməkdaşları toy bitənə qədər qəfil yoxlamalar keçirə bilər” - DİN

“Polis əməkdaşları toy bitənə qədər qəfil yoxlamalar keçirə bilər” - DİN

Toyun gedişi zamanı yoxlamalar davam edir. Monitorinq bir neçə saat davam edir və polis əməkdaşları ərazidən gedir. Lakin toy mərasimi bitənə qədər polis əməkdaşları qəfil yoxlamalar həyata keçirə bilərlər.

Bu barədə mediaya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, bu zaman aşkarlanan nöqsanlarla bağlı cəza tədbirlər daha ağır formaya keçirilə bilər:

"Ona görə də heç kim düşünməsin ki, dövlət nümayəndələri gedib. İstənilən şəxs zala daxil ola bilər. Bu, bizim ümumi işimiz olmalıdır və ictimai qınaq olmalıdır. Pandemiya şəraitində elementar qayda və normalara əməl etməliyik”.