Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

XƏZƏR TV-dən RƏSMİ AÇIQLAMA

XƏZƏR TV-dən RƏSMİ AÇIQLAMA Xəzər Tv MMC-dən rəsmi açıqlama Son günlər Xəzər TV MMC barədə mətbautda həqiqətə, heç bir real fakta söykənməyən əsassız məlumatlar yayılmaqdadır. Bəzi “informasiya” saytları xüsusi canfəşanlıqla guya Xəzər TV-nin rəhbərliyində və kollektivində dəyişikliklərin olduğu, hətta təhvil-təslim işlərinin aparıldığı ilə bağlı “məlumatlar” yayırlar. Maraqlısı budur ki, həmin saytlar bu yalan xəbərlərini hansısa “mənbədən” aldıqlarını idda edirlər. Amma Xəzər TV-nin mövqeyini heç öyrənməyə də cəhd etmirlər. Bu isə qarşı tərəfin mövqeyinin öyrənilşməsi kimi jurnalistikanın ana prinsiplərinə xəyanətdir. Bu qərəzli mövqedən də aydın görünür ki, belə əsassız məlumatların yayılmasının məqsədi Xəzər TV-nin nüfuzunu zədələməkdir. Xəzər TV olaraq açıq bəyan edirik ki, televiziyada hər hansı bir dəyişiklik yoxdur. Xəzər TV əvvvəllər olduğu kimi Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq qalaraq normal iş qrafikində öz fəaliyyətini davam etdirir.