Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanda azyaşlını çölə atdılar - KÜÇƏLƏRDƏ GECƏLƏYİR

Azərbaycanda azyaşlını çölə atdılar - KÜÇƏLƏRDƏ GECƏLƏYİR

Tovuzda ayzaşlını çölə atıblar.

Lent.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Həmin azyaşlı şəhərin Yusif Sadıqov və Əhməd Cavad küçələrinin kəsişməsində gecələyir. İddia olunur ki, uşağı anası gecə saatlarında küçədə yatmağa məcbur edir.

Ananın psixi durumu ilə bağlı probleminin olduğu bildirilir.

Qeyd edək ki, təqdim etdiyimiz foto gecə saat 2-3 aralığında çəkilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Lent.az-a bildirib ki, artıq həmin hadisə nəzarətə götürülüb. Onun sözlərinə görə, komitə tərəfindən müvafiq araşdırmalara başlanılıb.