Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Helikopter qəzasında həlak olan sərhədçilərə ŞƏHİD STATUSU VERİLDİ

Helikopter qəzasında həlak olan sərhədçilərə ŞƏHİD STATUSU VERİLDİ

"Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində çox sayda zabitlərimizi itirdik. Onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Bu hadisə hər birimizin faciəsidir”.

SHOWNEWS.AZ "Report”a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qəza nəticəsində 2 hərbçinin də yaralandığını xatırladıb: "Onlara da tezliklə sağlamlıqlarının bərpa olunmasını arzu edirəm. Qəza nəticəsində həlak olanlar bizim şəhidlərimizdir. Şəhid statusunda nəzərdə tutulan bütün ödənişlər (müavinət, təqaüd, kompensasiya, pensiya) onların ailələrinə də ödəniləcək. Mənzil, avtomobil təminatı olacaq. Bu ailələrin ehtiyaclarının qarşılanması üçün dövlət tərəfindən irəli sürülən bütün alətlərdən istifadə olunacaq”.