Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

“Instagram”a 5 yenilik gəlir

“Instagram”a 5 yenilik gəlir

1. Yeni "Challenge" stikerindən istifadə edə biləcəksiniz. Bununla da Instagram daha çox Tik-Tok-a oxşamış oldu. İndi istədiyiniz maraqlı challenge-i yaradaraq istədiyiniz adama ötürə biləcəksiniz;

2. Kiçik biznes səhifələrini etiketləyə biləcəksiniz. Beləliklə, onların ödənişsiz daha çox yayılmasına kömək etmiş olacaqsınız;

3. Şərhləri pinləyə biləcəksiniz. Postun altına yazılan istənilən və vacib saydığınız 3 şərhi seçib ən yuxarıda göstərə biləcəksiniz; 

4. Yazılan bir neçə şərhi eyni anda silərək istifadəçiləri bloklaya biləcəksiniz. Bu postlarda xoşagəlməz sözlər yazan istifadəçiləri asanlıqla idarə etməyə kömək edəcək;

5. Hesabınızı tag və ya "mention" edəcək insanları seçə biləcəksiniz. Əvvəllər hər kəsə açıq olan bu funksiya istifadəçilərdə narazılıqlar yaradırdı. Bu yenilik isə artıq bu kimi halları idarə etməyə imkan verəcək.