Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Uşağı başından vuran 53 yaşlı tərbiyəçi Nahidə Zahidova vəhşi əməlini neçə uşağa qarşı törədib? - ŞOK FOTOLAR

Uşağı başından vuran 53 yaşlı tərbiyəçi Nahidə Zahidova vəhşi əməlini neçə uşağa qarşı törədib? - ŞOK FOTOLAR

Sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülər böyük rezonans doğurub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, xoşagəlməz hadisə İsmayıllı rayonu 1 saylı körpələr evi-uşaq bağçasında baş verib.

 

Sözügedən bağçanın müdiri Abdullayeva Qalibə Əli qızıdır. O, 1989-cu ildən hadisənin baş verdiyi uşağ bağçasına rəhbərlik edir.

Tərbiyəçinin azyaşlının başına zərbə endirməsinə gəlincə, bu, qadının uşağın şəklini çəkdiyi an baş verib. Belə ki, tərbiyəçi göstəriş üçün şəkil çəkmək məqsədilə azyaşlıdan şirniyyatı ağzında tutmasını istəyib. Uşaq da buna əməl etməyincə, tərbiyəçi onun başına zərbə endirib.

Maraqlıdır ki, uşağ bağçasının sosial şəbəkə hesablarında uşaqların ağzında yemək ikən çəkilmiş fotoları kifayət qədərdir. Azyaşlının döyülməsini əks etdirən görüntünün yayılmasından sonra, digər uşaqların da şəkillərin çəkilməsi zamanı zorakılığa əl atılıb-atılmaması sual yaradır.

Sözügedən videoda azyaşlının başına zərbə endirən tərbiyəçinin 1968-ci il təvəllüdlü Nahidə Zahidova olduğu bildirilsə də, hələlik bu barədə rəsmi açıqlama verilməyib. Məlumata görə, o, uzun illərdir 1 saylı körpələr evi-uşaq bağçasında çalışır. Maraqlıdır ki, Nahidə Zahidova bir müddət əvvəl zorakılığa qarşı təlimdə iştirak edib və sertifikatla təltif olunub.

Onu da qeyd edək ki, görüntülərin yayılmasından sonra uşaq bağçasının sosial şəbəkə hesablarından Nahidə Zahidovanın tədris vaxtı çəkilmiş bütün videoları silinib. Adıçəkilən şəxs də öz növbəsində instagram hesabını bağlayıb.

Qeyd edək ki, hadisə ilə bağlı həm Təhsil Nazirliyi, həm də Daxili İşlər Nazirliyi araşdırma başladıb.