Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Mirşahin hətta onu xəstəxanaya aparıb, maddi kömək də edib” - Kəramətin atası DANIŞDI

“Mirşahin hətta onu xəstəxanaya aparıb, maddi kömək də edib” - Kəramətin atası DANIŞDI

Gənc yazıçı Kəramət Böyükçölün sosial şəbəkələrdiki növbəti səs-küylü açıqlamaları yenidən müzakirələrə səbəb olub. Onun “Feysbuk”da açdığı canlı yayımlarda Real TV-nin rəhbəri Mirşahin Ağayevə qarşı səsləndirdiyi ittihamlar birmənalı qarşılanmayıb.

 

Kəramət Böyükçölün müzakirələrə, səs-küyə səbəb olan açıqlamaları onun atası, şair-publisist Qəşəm Nəcəfzadəni də narahat edir.

Bu barədə Modern.az-a danışan Qəşəm Nəcəfzadə oğlunu qınayıb.

 

Kəramət Böyükçölün Mirşahin Ağayevi təhqir etməsinə də toxunan atası bildirib ki, Kəraməti çox istəyən, dəyərləndirən, ona kömək göstərən adamlardan biri məhz Mirşahin olub:

“Hətta xəstəxanaya aparıb, maddi kömək edib. İndi Kəramət niyə belə edib, bilmirəm. Onun hədəfi Mirşahin olmamalı idi. Mirşahin sıradan insan deyil. Azərbaycan jurnalistikasında sözünü demiş adamdır. Mənə Mirşahin dəfələrlə zəng edib, Kəramətə kömək etmək istədiyini deyib, televiziyasında aparıcılığa dəvət edib, yüksək maaş vəd edib. Kəramət getməyib. Onu yüksək vəzifələrə, işlərə çağırıblar. Getməyib. Deyirəm evin olsun, deyir evi neynirəm, işin olsun, işi neynirəm, pulun olsun, pulu neynirəm... Belə adamdır. Xeyri yoxdur”.

 

Atası bildirib ki, Kəramət Böyükçölün son günlər etdiyi anlaşılmaz hərəkətlərinin səbəbi spirtli içkiyə aludə olmasıdır: