Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qarabağ qazimizin köməyə ehtiyacı var

Qarabağ qazimizin köməyə ehtiyacı var

Son günlər sosial şəbəkələrdə Qarabağ qazisi Bəybala Quliyevin səhhəti ilə bağlı yaranan problemlər işıqlandırılır. Leykoz xəstəliyindən əziyyət çəkən qazimizin xanımı ilə əlaqə saxladıq və "Adalet.az” saytı olaraq onun xanımı Günel Quliyevanın fikirlərini təqdim edirik:

"Həyat yoldaşım Quliyev Bəybala Balaca oğlu 1976-ci ildə anadan olub. 1992-1997-ci illərdə gedən Qarabağ döyüşləri zamanı müharibədə iştirak edib. O, həm də şəhid ailəsindəndir. Bacısının yoldaşı Orduxan Səfərov Xocalı şəhidi, qardaşı isə Qarabağ əlilidir. Artıq 1 ildir ki, ilik xərçəngindən əziyyət çəkir, 4 kurs kimya-terapiya aldıqdan sonra, koronavirus təhlükəsi səbəbindən 5-ci kurs kimya-terapiya ala bilməyib. Hazırda xəstəliyi geri qayıdıb, Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alır və səhhəti ağırdır.

4 uşaq atasının ilik əməliyyatı üçün Türkiyənin Medikal Park Göztəpə Xəstəxanası ilə danışıqlar aparılıb və adı çəkilən xəstəxanada bu əməliyyat baş tuta bilər. İlik köşürülməsi üçün donor var və bu donor onun qardaşıdır. Sadəcə əməliyyatın baş tutması üçün 68 min ABŞ dolları tələb olunur və bu məbləği qarşılamağa bizim maddi gücümüz çatmır".