Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Payızda immuniteti gücləndirən QİDALAR

Payızda immuniteti gücləndirən QİDALAR

Parlaq sarı-narıncı rəngli qidalarda olan beta-karoten maddəsi xəstəliklərdən xüsusilə qoruyur.

Publika.az xəbər verir ki, bu sözləri dietoloq Marina Apletayeva deyib. O, payızda immuniteti gücləndirməyin və bədəni mövsümi xəstəliklərdən qorumağın yollarından danışıb:

“Rasiona sarı-narıncı tərəvəzlər əlavə etməyə çalışın: portağal, şaftalı, ərik, sarı gavalı, balqabaq, yerkökü, qovun və s. Bu tərəvəz və meyvələr yuxarı tənəffüs yollarının selikli qişasını viruslardan qorumağa kömək edən beta-karotenlə zəngindir. Onun sayəsində bakteriya və viruslar orqanizmə daha az daxil olacaq.

Sarı-narıncı qidalara əlavə olaraq bu vitamin süd məhsullarında da mövcuddur. Lakin yağ miqdarı yüksək olduğundan az miqdarda istehlak edilməlidir. Həmçinin bu faydalı element bədəndə saxlanılma xüsusiyyətinə malikdir, ehtiyac olduqda bədənin müdafiəsinə qalxır.

C vitamini eyni dərəcədə vacibdir. Ancaq C vitamini ehtiyatını təmin etmək çətindir, amma çox faydalıdır: hüceyrə immunitetinə təsir göstərir, bədəni zərərdən qoruyur, oksidant sayılır”.