Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda avtobusda tapdığı 20 min dolları sahibinə qaytardı

Bakıda avtobusda tapdığı 20 min dolları sahibinə qaytardı

“BakuBus” MMC-yə məxsus avtobusda tapılan 19 min 700 ABŞ dolları sahibinə təhvil verilib.

 

“Qafqazinfo”nun məlumatına görə, sərnişinlər Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı dayanacaqda endikdən sonra sürücü Şamil Əylər oğlu Cəbrayılov Hava Limanı Ekspress marşrut xətti üzrə idarə etdiyi avtobusun salonuna baxış keçirib. Bu zaman o, oturacağın üstündən 1 ədəd gödəkçə və 19 min 700 ABŞ dolları tapıb. Sürücü aidiyyəti üzrə təqdim etmək üçün gödəkçə və pulu oturacaqdan götürərək avtobusun saxlanc yerinə qoyub. Bu hadisədən az sonra bir nəfər sürücüyə yaxınlaşaraq avtobusda gödəkçə və pul unutduğunu bildirib.

Müvafiq dəqiqləşdirmə işləri aparıldıqdan sonra gödəkçə və pul həmin şəxsə təqdim olunub.