Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Füzulidə vəfat edən hərbçi dəfn olundu

Füzulidə vəfat edən hərbçi dəfn olundu

Mayın 12-də Füzuli rayonunda baş vermiş yol qəzasında vəfat edən hərbçi doğulduğu Şamaxı rayonunda dəfn edilib.

"Qafqazinfo"nun məlumatına görə, baş gizir Zahid Səlimov Şamaxının Əhmədli (keçmiş Kürdəmic) kəndində torpağa tapşırılıb.

 

Qeyd edək ki, hadisə Füzuli rayonunun Qayıdış-1 qəsəbəsi ərazisində baş verib. C.Fətəliyevin idarə etdiyi “Hyundai” və M.Mənsimovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşub.

Nəticədə M.Mənsimovun sərnişini Zahid Səlimov hadisə yerində ölüb, özü və digər sürücü xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Z.Səlimov Vətən Müharibəsidə iştirak edib və “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.