Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

Bakıda ərinin dostu tərəfindən qaçırılan 21 yaşlı gəlindən YENİ XƏBƏR

Bakıda ərinin dostu tərəfindən qaçırılan 21 yaşlı gəlindən YENİ XƏBƏR

Bakıda ailəli olan gənc qadının ərinin dostu tərəfindən qaçırılması ilə bağlı yeni xəbər var.

Publika.az-ın əldə etdiyi məlumata görə, Binəqədi qəsəbəsi ərazisindən qaçırılan 1999-cu il təvəllüdlü Aysel Məmmədova (ad və soyadlar şərtidir) yaxın qohumlarının və polisin iştirakı ilə tapılaraq ailəsinə qaytarılıb.

Qeyd edək ki, ilkin olaraq sentyabrın 21-də Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinə A.Məmmədovanın itkin düşməsi barədə müracit daxil olub. Ailə üzvləri 21 yaşlı qadının naməlum istiqamətdə getdiyini və bir daha geri qayıtmadığını, onunla əlaqə saxlaya bilmədiklərini deyiblər. Dərhal polis əməkdaşları hadisəni araşdırıblar və məlum olub ki, ailəli və 1 uşaq anası olan qadın onun ərinin yaxın dostu Ənvər Əliyev (ad və soyad şərtidir) tərəfindən evlənmək məqsədilə qaçırılıb.