Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

15 yaşlı qızla evlənən kişinin cəzası verildi - AZƏRBAYCANDA

15 yaşlı qızla evlənən kişinin cəzası verildi - AZƏRBAYCANDA

Gəncədə 15 yaşlı qızla evlənən kişi barəsində cinayət işi qaldırılıb.

SHOWNEWS.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, 24 yaşlı Etibar Əlizadə (ad-soyad şərtidir) 2020-ci ildə 15 yaşlı Zəhra Quluzadə (ad-soyad şərtidir) ilə el adəti ilə toy edib qeyri-rəsmi evlənib. Həmin vaxt sərt karantinlə bağlı toylar qadağan edildiyi üçün onlar ailələr arasında kiçik toy məclisi keçiriblər. Buna görə də məsələ rayon ərazisində çox yayılmayıb. 18 avqust 2021-ci ildə cütlüyün uşağı dünyaya gəlib. Gəncə şəhəri Perinatal Mərkəzdən bu barədə polisə məlumat verilib. Daha sonra polis məsələni araşdırıb. Etibar yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olduğu üçün barəsində cinayət işi başlanılıb.

Hər iki şəxs ifadəsində xoşbəxt olduqlarını bildiriblər. Zəhra Etibardan heç bir şikayət və tələbi olmadığını bildirib və ərinin həbs edilməməsini xahiş edib.

Kəpəz Rayon Məhkəməsi tərəflərin bir-birindən narazı olmadığını nəzərə alaraq, Etibar Əlizadəyə 1 il müddətə şərti azadlıqdan məhrum etmə cəzası təyin edib. O, bu müddətdə təkrar cinayət törətməməli, daimi yaşayış yerini dəyişməməli, polisin çağırışına vaxtında gəlməlidir.