Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

Ev tikmək istəyənlərə şad xəbər - ŞƏRTLƏR DƏYİŞDİ

Ev tikmək istəyənlərə şad xəbər - ŞƏRTLƏR DƏYİŞDİ

Nazirlər Kabineti tikinti ilə bağlı qaydalarda dəyişiklik edib. Yeni qərara əsasən, çoxmərtəbəli binalar üçün ayrılan sahənin 50 faizində tikinti aparmaq mümkün olacaq. Fərdi yaşayış evlərinin tikintisi üçün qərarda da dəyişiklik var. Bununla bağlı hədd də 2 dəfə artırılıb.

 

Alınan torpaq sahəsinin daha böyük hissəsində ev tikmək mümkün olacaq.

Nazirlər Kabineti "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"a dəyişiklik edib. Yeni qərara əsasən, tikinti sıxlığı göstəricilərinin yeni yolverilən hədləri müəyyən edilib. Bundan sonra çoxmərtəbəli binalar üçün ayrılan sahənin 50 faizində tikinti aparmaq mümkün olacaq. Binanın ümumi sahəsi üçün verilən hədd də 66 faiz artırılıb.

Qaydalarada fərdi yaşayış evləri üçün də müsbət yeniliklər var. Burada tikinti üçün verilən hədd 2 dəfə artırılıb. Tikilinin ümumi sahəsi isə torpaq sahəsinin 60 faizi nisbətində ola bilər.

Ekspertlər hesab edir ki yeni qərar 3 ilə yaxındır ki, durğunluq yaşanan tikinti sektorunda hərəkətlənmə yaratsa da, qiymətlərə təsir etməyəcək.