Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Gələn ildən məktəblər 6 günlük tədris həftəsinə KEÇƏCƏK - ÖZƏL

Gələn ildən məktəblər 6 günlük tədris həftəsinə KEÇƏCƏK - ÖZƏL

Azərbaycanda bəzi orta məktəblərin 6 günlük tədris həftəsinə keçirilməsi planlaşdırılır. Buna səbəb məktəblərdə şagird sıxlığıdır. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, artıq bununla bağlı orta ümumtəhsil məktəblərinə təlimatlar verilib. 

Mənbənin sözlərinə görə, məktəblərdə şagird tutumundan çox sayda şagirdin təhsil alması bir növbəlilik sisteminin davam etdirilməsinə imkan vermir. Bu səbəbdən 6 günlük tədris həftəsinə keçidlə bağlı sistemin işə düşməsi üçün ciddi işlər gedir. 

Belə ki, növbəti tədris ilindən etibarən bütün siniflər üzrə dərs saatlarının sayı azaldılmaqla 6 günlük tədrisə başlanılacaq.

Məsələni Təhsil Nazirliyi ilə dəqiqləşdirməyə çalışsaq da, sorğumuz cavablandırılmayıb.