Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Onu əvvəlki görünüşünə qaytardığım üçün xoşbəxtəm” - Toyu olan qazinin həkimi danışdı FOTOLAR

“Onu əvvəlki görünüşünə qaytardığım üçün xoşbəxtəm” - Toyu olan qazinin həkimi danışdı FOTOLAR

Ötən gün toyu olan Vətən müharibəsi qazisi Denis Quzlayevin   müharibədə aldığı zərbədən üzü tanınmaz hala düşməsi yəqin ki, heç kəsə sirr deyil. 
Denisin əvvəlki görünüşünə qayıtması üçün əlindən gələni edən peşəkar kosmetoloq, estetik həkim Günay Əliyeva qazinin toyunda iştirak edib və sevincini bizimlə bölüşüb:

 

"İlk gündən qazilərin yanında olub,   estetik görünüşlərini geri qaytarmaqda əlimdən gələni etmişəm.  Dünən müalicə etdiyim və  əvvəlki görünüşünün qayıtmasında can qoyduğum hamımızın sevimlisi, qazimiz  Denis Quzlayevin toyunda  istirak etməyə bilməzdim.

Məni tanıyanlar bilir ki, saysız qazilərimizə həkim kimi dəstək olmuşam. Onların bacısı kimi hər zaman yanlarında olmuşam. Arzum budur ki, bütün qazilərimizin toyunu görüm".
 

Onu da qeyd edək ki, Günay Əliyeva müalicə etdiyi saysız-hesabsiz  qazilerə görə Azerbaycanın “Çalıquşusu” adını alıb. Həkim-kosmetoloq bugünə kimi qazilərə təmənnasız müalicə etməkdə davam edir.

 

https://instagram.com/estet_gunay?igshid=YmMyMTA2M2Y=
İnstagram Günay Əliyeva @estet_gunay