Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qəbul imtahanlarından ölkə üzrə ən yüksək bal toplayan NİGAR AĞAZADƏ

Qəbul imtahanlarından ölkə üzrə ən yüksək bal toplayan NİGAR AĞAZADƏ

Ötən gün l və lV ixtisas qrupu üzrə imtahan nəticələri açıqlanıb.

Ötən gün l və lV ixtisas qrupu üzrə imtahan nəticələri açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər – Bakı şəhər 53, 111 və 258 saylı orta məktəblərinin, Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) və Kimya-Biologiya Təmayüllü Liseyin, Sumqayıt şəhər 13 saylı orta məktəbinin, Abşeron rayon Saray qəsəbəsi 1 saylı orta məktəbinin, Qəbələ şəhər 1 saylı orta məktəbinin, İsmayıllı şəhər 5 saylı orta məktəbinin, Biləsuvar şəhər internat orta məktəbinin məzunları göstəriblər.

 

IV ixtisas qrupu üzrə imtahanda 125 nömrəli tam orta məktəbin şagirdi Nigar Ağazadə ən yüksək bal toplayıb. O, buraxılış və qəbul imtahanından 697 bal toplayıb. N.Ağazadə Azərbaycan Tibb Universitetində təhsil almaq istədiyini bildirib. 

İmtahanın II mərhələsində 400 bal toplayan Bakı şəhər 111 saylı orta məktəbin şagirdi Fuad Qurbanov I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni göstərib. O, imtahanın birinci mərhələsində 295 bal toplayıb. Beləliklə, I ixtisas qrupu üzrə ən yüksək nəticə 695 baldır.

I ixtisas qrupu üzrə yüksək nəticə toplayan 258 nömrəli məktəbin şagirdi Fərid Quliyev Oxu.Az-açıqlamasında bildirib ki, imtahandan 694.4 bal toplayıb:

“Buraxılış imtahanında 294.4, qəbul imtahanından isə 400 bal topladım. İmtahanlara ciddi şəkildə hazırlaşdım. Mən günümün təxmini 8-10 saatını dərslərə həsr edirdim. Hətta imtahana bir həftə qalmış günümün 12 saatını dərslərə, test tapşırıqlarına həsr edirdim ki, yüksək nəticə əldə edim.

Məktəb tərəfindən də yüksək nəticə göstərməyim üçün lazımi şərait yaradılıb. Hələlik xaricdə oxumaq fikrində deyiləm. Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi fakültəsini seçəcəm. Mənim bacım da həmin təhsil ocağında oxuduğu üçün oranı seçməkdə onun da rolu olub. Magistratura təhsilimi isə xaricdə almaq niyyətindəyəm”.

Bakıda 53 nömrəli tam orta məktəbi bitirən Zakir Aslanlı imtahanlarda 682,1 bal toplayıb. O da təhsil almaq üçün BANM-ni seçmək fikrindədir. 

I qrup üzrə ən yüksək nəticəni göstərənlərdən biri də Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin məzunu Leyla Eynullazadədir. O, iki imtahandan birlikdə 685 bal toplayıb.