Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İzmirdə zəlzələ zamanı xəsarət alanların sayı 799-a, ölənlərin sayı 21 nəfərə çatıb

İzmirdə zəlzələ zamanı xəsarət alanların sayı 799-a, ölənlərin sayı 21 nəfərə çatıb

Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin və xəsarət alanların sayı artıb.

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, zəlzələ zamanı xəsarət alanların sayı 799 nəfərə çatıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 21 nəfərə yüksəlib.

Xatırladaq ki, dünən Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə saat 15:54-də baş verib.