Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bu şəxslərin də təhsil haqları DÖVLƏT TƏRƏFİNDƏN ÖDƏNİLƏCƏK

Bu şəxslərin də təhsil haqları DÖVLƏT TƏRƏFİNDƏN ÖDƏNİLƏCƏK

Prezident İlham Əliyev “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.

SHOWNEWS.AZ xəbər verir ki, qanuna əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilirdi.

Artıq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar da övladlığa götürüldükdə də bu hüququ özlərində saxlayacaqlar.