Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qərbi Kaspi Universiteti döyüşlərdə iştirak edən bütün tələbələrin təhsil haqqını ÖZÜ QARŞILAYACAQ

Qərbi Kaspi Universiteti döyüşlərdə iştirak edən bütün tələbələrin təhsil haqqını ÖZÜ QARŞILAYACAQ

Bu gün səhər Qarabağ döyüşlərində iştirak edən Ağayev Mübarizin təhsil haqqını ödəyə bilməməsi ilə bağlı əsgərimizin videomüraciətini yayımladım. Mübariz hər iki valideynini avtoqəzada itirdiyindən təhsil aldığı Qərbi Kaspi Universitetinin illik ödənişini etməkdə çətinlik çəkdiyini və illik haqqının ödənilməsi üçün təhsil müəssisəsinin rəhbərliyindən ona müəyyən güzəştlərin olunmasını xahiş edirdi. 
Bu gün Qərbi Kaspi Universitetinin Tələbə Gənclər Təşkilatından SHOWNEWS.AZ-a  universitet rəhbərliyinin hər zaman tələbələrə humanistlik göstərildiyini, bu döyüşlərdə iştirak edən bütün tələbələrə xüsusi diqqət göstərildiyini əlavə etdilər. 

Məlum olub ki, Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırovnəinki təkcə  Mübarizin təhsil haqqını, eyni zamanda Qarabağ döyüşlərində iştirak edən 12 tələbənin hər birinin təhsil haqqını ödəməyi öz üzərinə götürüb. 

Bundan əlavə o, müharibə zamanı Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat ianə köçürüb.