Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

MİDA-nın ilk mənzil seçimi 31 saniyəyə bitib - MƏNZİLLƏR SATILDI

MİDA-nın ilk mənzil seçimi 31 saniyəyə bitib - MƏNZİLLƏR SATILDI

MİDA-nın təxirə salınmış mənzil seçimi prosesi bu gün yenidən keçirilib. 

İlk mənzil sistem aktiv ediləndən 31 saniyə sonra seçilib.

 

Artıq seçilmiş mənzillərin böyük hissəsi üzrə müqavilələr imzalanmaqdadır.

MİDA-nın təxirə salınmış mənzil seçimi zamanı təqdim olunan mənzillərin hamısı artıq seçilib. Artıq 600-dən artıq mənzil üzrə müqavilələr imzalanıb.

Yaşayış kompleksində yerləşən 14 saylı binada yerləşən 27 mənzil tikinti prosesində iştirak etmiş investora təqdim edilib. Həmin şirkət qeyd edilən sayda mənzili bazar qiymətlərinə uyğun sərbəst şəkildə satacaq.

Seçilmiş mənzillər üzrə müqavilələr növbəti günün sonunadək imzalana bilər. Bu səbəbdən də bir sıra vətəndaşlar müqavilələri imzalamağa tələsmir.

Mənzillərin seçim prosesi bir neçə dəqiqədə başa çatıb. 25 dəqiqə ərzində isə 815 mənzildən 700-ə qədəri üzrə müqavilələr imzalanıb.

MİDA seçim prosesinin dəqiq neçə saniyədə başa çatması barədə əlavə ətraflı məlumat yayacaq.