Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

14 gündən sonra nəşi tapılan şəhid torpağa tapşırıldı

14 gündən sonra nəşi tapılan şəhid torpağa tapşırıldı

Sentyabrın 12-13-də Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısını alan zaman şəhid olan Elvin Elçin oğlu Abdullayevin nəşi 14 gündən sonra neytral zonadan çıxarılaraq doğulduğu Neftçala rayonuna gətirilib və şəhər qəbiristanlığında dəfn olunub.

 

“Report”un məlumatına görə, 2003-cü il təvəllüdlü Abdullayev Elvin Elçin oğlu Bankə qəsəbəsində doğulub.

Hərbi xidmətdən evə gəlməyinə bir aydan da az vaxt qalıbmış.

Ailədə bir bacı, bir qardaş olub.