Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Barselona” Messiyə 555 milyon avro ödəyibmiş...

“Barselona” Messiyə 555 milyon avro ödəyibmiş...

İspaniyanın “El-Mundo” qəzeti maraqlı iddia ilə çıxış edib.

Nəşr iddia edib ki, Messinin “Barselona” ilə olan müqaviləsinin surətini əldə edib.

Müqavilə 2017-ci ilin noyabr ayında razılaşdırılıb və cari ilin 30 iyununadək qüvvədədir.

Anlaşmaya əsasən, argentinalı futbolçu 555 237 619avro alacaq ki, bunun da 511 540 545 avroluq hissəsi artıq ödənilib.

Bu iddialardan sonra Messinin vəkilləri və “Barselona”nın rəsmiləri qeyri-qanuni informasiya sızması ilə bağlı məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Yerli KİV isə hadisə ilə bağlı əsas şübhəli şəxsin klub prezidentliyinə namizəd Xuan Laporta olduğunu iddia edib.