Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bir günə 3 qızıl medal - Paralimpiyaçılarımız Tokioda MEYDAN OXUYUR

Bir günə 3 qızıl medal - Paralimpiyaçılarımız Tokioda MEYDAN OXUYUR

Paralimpiyaçılarımız rəqiblərinə meydan oxuyur...

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. 

SHOWNEWS.AZ xəbər verir ki, paracüdoçumuz Şahanə Hacıyeva oyunlarda final görüşünə çıxıb. Çempionluq döyüşündə fransalı Sandrin Martinlə qarşılaşan həmyerlimiz qələbə qazanıb.

48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız paralimpiya çempionu olub.

 

Bununla da Azərbaycan millisinin paralimpiadada ilk qızıl medalı rəsmiləşib.  

***

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir qızıl medalını qazanıb. Azərbaycan Milli Paralimpiya Komandasının üzgüçülük idman növü üzrə təmsilçisi Raman Saleh (S12) -100 m arxasıüstə kateqoriyasında qızıl medal qazanıb.  

***

Kişilər arasında 60 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz finaldakı Vüqar Şirinli rəqibi Anuar Sarıyevi məğlub edərək bu oyunların növbəti qızıl medalını qazanıb.