Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Daha bir güləşçimiz DÜNYA ÇEMPİONU OLDU

Daha bir güləşçimiz DÜNYA ÇEMPİONU OLDU

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı sona yaxınlaşır.

SHOWNEWS.AZ xəbər verir ki, altıncı yarış günündə 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub. 

İntiqam Vəlizadə debütdə Fransa təmsilçisinə məğlub olub.

 

Turan Bayramov startda Ukrayna idmançısına qalib gəlib. Güləşçimiz daha sonra rusiyalı rəqibinə məğlub olub. Bayramov noyabrın 7-də baş tutan ilk təsəlliverici görüşdə Almaniya idmançısına şans tanımayıb. Ancaq ikinci təsəlliverici görüşdə Moldova güləşçisinə məğlub olub.

Abubakr Abakarov səhhəti ilə bağlı problem yarandığı üçün xalçaya çıxmayıb.

Mübarizəyə 1/8 finaldan qoşulan Osman Nurməhəmmədov Moldova güləşçisi üzərində inamlı qələbə qazanıb. Milli üzvü Almaniya idmançısına da heç bir şans tanımayıb. Yarımfinalda İran pəhləvanından da güclü olan Osman adını finala yazdırıb. 

Həlledici görüşdə Rusiya güləşçisinə də gücünü göstərən Nurməhəmmədov ölkəmizə bu yarışda 3-cü qızıl medalı qazandırıb.