Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanlı güləşçi dünya çempionu olub, Ukraynanın tarixinə düşdü

Azərbaycanlı güləşçi dünya çempionu olub, Ukraynanın tarixinə düşdü

Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında Ukraynaya medal qazandıran idmançılardan biri azərbaycanlı olub.

Oxu.Az-ın xəbərinə görə, sərbəst güləşçi Məhəmməd Əliyev 86 kq çəki dərəcəsində dünya çempionu kimi qızıl medal qazanıb.

O, yarımfinalda Rusiya təmsilçisi Zahid Kərimova 0:5 hesabı ilə uduzsa da, sonradan 6:5 qalib gələrək finala çıxıb. Finalda isə Məhəmməd İrandan olan güləşçi Səccad Sabirəli Qulamiyə 11:4 hesabı ilə qalib gələrək dünya çempionu adını qazanıb (bu çəkidə Azərbaycan güləşçisi Əbubəkr Abakarov səhhəti ilə bağlı xalçaya çıxmayıb – S.M.). O öz qələbəsini rəhmətə getmiş babası Musaya həsr edib.

 

 

 

Bununla da 22 yaşlı Məhəmməd U-23-lərin dünya çempionu olan ilk Ukrayna güləşçisi kimi tarixə düşüb. Həmçinin bu onun bu səviyyədə qazandığı ilk qızıl medaldır.

Qeyd edək ki, Gürcüstan azərbaycanlısı olan, bir müddət Azərbaycanda yaşamış, daha sonra Ukraynanın Xarkov şəhərinə köçmüş Məhəmməd Əliyev ötən ay Norveçin paytaxtı Osloda keçirilmiş böyüklərin dünya çempionatında da iştirak etmiş, lakin 12-ci olmuşdu.

Xatırladaq ki, Ukraynanın böyüklərdən ibarət yunan-Roma güləşçisi Pərviz Nəsibov da azərbaycanlıdır. O, Tokio Olimpiadasında gümüş medal qazanıb.