Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Azərbaycan fəxr etməlidir ki, mənim kimi oğul var” - videosu ilə gündəm olan şəxs - FOTOLAR

“Azərbaycan fəxr etməlidir ki, mənim kimi oğul var” - videosu ilə gündəm olan şəxs - FOTOLAR

Bir neçə gün öncə rəqsi ilə ölkə gündəmi zəbt edən şəxsin kimi bəlli olub. Məlum olub ki, həmin şəxs Azərbaycanın bayrağını dəfələrlə dünya arenalarında yüksəldən idmançımız Elçin Məmmədovdur.
 

SHOWNEWS.AZ özəl olaraq Elçin Məmməsovdan müsahibə alıb.
 

- Elçin, ağlınıza gələrdi ki, nə vaxtsa videonuz ölkə gündəmini bu cür ələ alar?
 

- Bu videonun yayılması həyatımda çox mənfi rol oynadı. Daha doğrusu, düzgün təqdim olunmaması və düzgün anlaşılmaması həyatıma və karyerama mənfi təsir göstərdi.
 

- Açıq danışaq ki, mənim kimi bir çox insana bu rəqs striptiz şounu xatırlatdı...

- Mən peşəkar idmançıyam. O rəqs isə striptiz yox, akrobatikadır. Mən Azərbaycanın 12 qat ölkə çempionu, ikiqat idman ustası, Dünya və Avropa çempionuyam. Dəfələrlə bayrağımızı dünya idman arenalarında dalğalandırıb, himnimizi səsləndirmişəm. Hər bir azərbaycanlı fəxr etməlidir ki, mənim kimi oğul var. Akrobatikanın nə olduğunu anlayan insan bilir ki, mən striptiz yox, idman fəndləri nümayiş etdirmişəm.
 

- İnsanlar bu dərinlikləri bilmədiklərindən ünvanınıza xeyli tənqidlər və təhqirlər yazdı

- Həyatımda bu halla qarşılaşdığım üçün çox təəssüf edirəm. Mən bu tənqidlərə və təhqirlərə layiq oğul deyiləm. Mən Azərbaycanın fəxri, Milli yığmamızın üzvüyəm. Nailiyyətlərim də göz önündədir. Əminəm ki, bu müsahibəmi oxuyandan sonra ünvanıma tənqid və təhqir yazanların fikri 180 dərəcə dəyişəcək. Onlar da mənimlə fəxr edəcəklər.