Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı start götürüb.

Xasay Həsənli (77 kq) ilk mərhələdə bolqar Martin Dimitrovu tam üstünlüklə məğlub edib - 9:0. Həmyerlimiz 1/4 finalda macar Kriştofer Klanyiyə də heç bir şans tanımayaraq (7:0) adını yarımfinala yazdırıb. Xasay yarımfinalda serbiyalı Aleksa İliçlə üz-üzə gəlib. Rəqibini 5:1 hesabıyla xalçadan məyus yola salan Həsənli finala yüksəlib. Güləşçimiz martın 8-də qızıl medal uğrunda gürcü Davit Soloqaşviliylə mübarizə aparıb. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ keçirən həmyerlimiz görüşün taleyini elə ilk hissədə həll edib. Rəqibinə 10:0 hesablı tam üstünlüklə qalib gələn Xasay Avropa çempionu olub.