Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Güləşçimiz 42 saniyəyə Avropa çempionu oldu - TƏBRİKLƏR, AZƏRBAYCAN!

Güləşçimiz  42 saniyəyə Avropa çempionu oldu - TƏBRİKLƏR, AZƏRBAYCAN!

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 74 kq çəki dərəcəsində yer alan idmançı rumıniyalı Kristian Biro ilə qarşılaşıb.

Rəqibini 8:1 hesabı ilə məğlub edən Hacıyev qızıl medal qazanıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq) və İslam İlyasov (97 kq) Avropa çempionu olub, Tofiq Əliyev (57 kq) və Əşrəf Aşırov (79 kq) bürünc medala sahib çıxıb.