Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Homoseksual olduğunu açıqlayan ilk FİFA hakimi oldu “Futbola nifrət edirəm”

Homoseksual olduğunu açıqlayan ilk FİFA hakimi oldu “Futbola nifrət edirəm”

Braziliyalı futbol hakimi İqor Benevenuto homoseksual olduğunu açıqlayıb. 

“Qafqazinfo” “Goal.com”a istinadən xəbər verir ki, o, açıqlamasında maskasından azad olduğunu bildirib: “41 yaşım var və 23 ili hakim kimi keçirmişəm. Bu günə kimi heç vaxt əsl mən olmamışam. Axı homoseksuallar özləri olmamağa öyrəşiblər. Və mən bir homoseksuala düşmən mühitlərdən birinə düşdüm. Buna görə də futbola nifrət edirəm”.

Qeyd edək ki, 41 yaşlı Benevenuto 2021-ci ildən FİFA referisi statusu alıb. O, futbol tarixində homoseksual olduğunu açıqlayan ilk FIFA hakimidir.