Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Paşinyandan Ermənistanla bağlı TARİXİ ETİRAF

Paşinyandan Ermənistanla bağlı TARİXİ ETİRAF

“Tarixi Ermənistan” və “real Ermənistan” nəinki bir-birinə uyğun gəlmir, əksinə çox vaxt bir-biri ilə ziddiyyət təşkil edir və bir-birinə ciddi təhlükə yaradır”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə 2023-cü ilə dair hökumətin hesabatını təqdim edərkən deyib.

“Həm mən, həm də hökumət üzvləri çoxdan tarixi Ermənistanın psixologiyasının və ənənələrinin daşıyıcılarıyıq. Ermənistanın beynəlxalq miqyasda tanınmış sərhədlərinin müəyyənləşdirilməsi ölkənin təhlükəsizliyi üçün əsas amildir. Mən buna 2022-ci ildə əmin oldum. Başa düşdüm ki, sərhədlərin müəyyənləşdirilməsi yaxın, orta və uzun müddətli perspektivdə təhlükəsizliyimiz üçün həlledicidir”, - Paşinyan əlavə edib.