Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Süni intellektin əvəz edə bilməyəcəyi 3 PEŞƏ - Bill Qeyts açıqladı

Süni intellektin əvəz edə bilməyəcəyi 3 PEŞƏ - Bill Qeyts açıqladı

"Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts süni intellektin sosial faydaları barədə həmişə nikbin bəyanatlar verib. Ancaq indi hətta milyarder iş adamları da süni intellektin onların işlərini əlindən ala biləcəyindən narahatdırlar.

BAKU.WS xəbər verir ki, Bill Qeyts süni intellektin faydaları və zərərləri haqqında danışıb.

 

O, süni intellektin biznes sahələrinə təsirindən danışarkən, "Hətta işimi də itirə bilərəm” deyib.

 

Qeytsin açıqlamalarına görə, universitetə ​​daxil olan gənclər üçün ən yaxşı üç karyera planı bunlardır: alternativ enerji, sağlamlıq bioelmləri və inkişaf edən süni intellektin özü ilə əlaqəli sahələr.

 

Milyarder iş adamının sözlərinə görə, bu üç sahə süni intellektin insanların əlindən ala bilmədiyi biznes qollarıdır.

Qeyts 2024-cü ilə dair proqnozları ilə bağlı yazdığı yazıda, "Biz indi süni intellektin təkbaşına hansı işləri görə biləcəyini və hansı işlərdə köməkçi olacağını daha yaxşı başa düşürük", - deyə vurğulayıb.

 

Bill Qeyts deyib ki, səhiyyə və alternativ enerji sahələrində iş yerləri süni intellektin gələcəyi üçün ən vacib və tətbiq oluna bilən sektorlardır.