Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

500 qram gilas rekord qiymətə satıldı - 17 min manat

500 qram gilas rekord qiymətə satıldı - 17 min manat

2021-ci ilin ilk günlərində bazara satışıa çıxarılan yeni 500 qramlıq gilas qutusu 9,8 min dollara satılıb.

SHOWNEWS.AZ Yapon mediasına istinadən məlumat verir ki, ölkənin Yamaqata əyalətində  bu  il 500 qramlıq gilas qutusu  1 milyon ienə (9,8 min dollara) satılıb.

Satışda ən bahalı gilaslar tez yetişən Satonisiki çeşidindən seçilərək yığılan qutulardan ibarət olub. 

Gilasın baha qiymətə satılması onun yetişdirılmə texonologiyası ilə izah olunur. Bu növ gilas ağacları xüsusi qablarda böyüyür. Xüsusi qablara əkilən gilas ağacları iyun ayından oktyabrın əvvəlinədək  soyuducuya, daha sonra  istixanalara yerləşdirilir.

İstixanlarda isə həmin ağaclar  gündüz 25  dərəcə, gecələr isə 13 dərəcəyə yaxın istilikdə xüsusi saxlanılır.

Qeyd edək ki, Yaponiyanın  Yamaqata əyaləti ən dadlı gilas  istehsalçısı hesab olunur və ölkənin 75 faiz meyvə istehsalı bu əyalətin payına düşür.

// bizim.media