Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Stalinin adını daşıyan dönərxana bağlandı

Stalinin adını daşıyan dönərxana bağlandı

Rusiyanın paytaxtı Moskvada polis əməkdaşları İosif Stalin adını daşıyan fəst-fud satış məntəqəsinə gələrək onun fəaliyyətini qadağan ediblər.

SHOWNEWS.AZ xəbər verir ki, bu barədə “360” telekanalı məlumat yayıb.

Hüquq-mühafizə orqanının əməkdaşları ticarət obyektinin fəaliyyətini dayandırıb və satıcıdan iş yerini tərk etməyi xahiş edib.

Rusiya prezidenti yanında Vətəndaş İnkişafı və İnsan Hüquqları Şurasının rəhbəri Valeri ticarət obyektinə verilən adı pis marketinq hiyləsi adlandırıb və bildirib ki, bu ideya çoxlarında siyasi repressiyaları xatırladır.

// axar.az