Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Niderlandda turistlərin narkotikdən istifadəsi qadağan edilə bilər

Niderlandda turistlərin narkotikdən istifadəsi qadağan edilə bilər

Amsterdam şəhərinin rəhbəri Femke Halsema yüngül narkotiklərin xarici turistlərə satılmasının əleyhinə olduğunu bildirib.

Bu barədə “Qovorit Moskva” radiostansiyası məlumat verib.

F. Halsema bildirib ki, bu barədə qərar əyləncə müəssisəsinin sahibləri ilə məsləhətləşmələrdən sonra veriləcək.

“Biz istərdik ki, şəhərimizə təşrif gətirən insanlar spirtli içki və narkotiklərin əldə olunması ilə yox, mədəniyyət müəssisələrimizin gözəlliyi ilə maraqlansınlar”, - deyə Niderland paytaxtının rəhbəri deyib.

Qeyd edək ki, Hollandiyada müəyyən ölçü və dozalarda narkotikin satışı leqallaşdırılıb. Amsterdam isə dünyanın narkoturizm paytaxtı hesab olunur. 1970-ci ildən 2014-cü il yanvarın 1-dək marixuananın kef məqsədli alına biləcək yeganə ölkə bura idi. Burda artıq çoxdandır ki, kafe və restoranlarda marixuana almağa icazə verilir. Məsələn, bir kafedə gündə ən çox 500 qram marixuana işlədilə, bir müştəriyə gündə ən çox 3 qram marixuana satıla bilər. Bu kafelərin heç birində 18 yaşına çatmamış kimsəyə xidmət göstərilə bilməz. Bu qaydalara əməl etməyən kafe bağlanır.